"Karvan-Yevlax" klubu iki məşqçisi ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, köməkçi məşqçi Zaur Hacıyev və qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədovla vidalaşılıb.
Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Hər iki mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasəndə xitam verilib.



