"Qarabağ" mövsümün ikinci yarısına hazırlığını davam etdirir.

Offsideplus.az xəbər verir ki, bu gün “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq təşkil olunub.

Hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.