Ağ Evdə təşkil olunacaq UFC döyüşlərinin tarixi məlum olub.

Offsideplus.az xəbər verir ki, tədbir iyunun 14-də - ABŞ prezidenti Donald Trampın ad günündə baş tutacaq. Bu tarixdə onun 80 yaşı tamam olacaq.

Tarixdə ilk dəfə Ağ Evdə belə bir tədbir baş tutacaq.

UFC gecəsində bir çox ulduz döyüşçünün oktaqona çıxacağı gözlənilir.

UFC rəhbərliyi arenanın quraşdırılması üçün 700 min dollar büdcə ayırıb.