Əfsanəvi boksçu Məhəmməd Əlinin qızı Raşida Ali Uolş və Robert Uolşun oğlu olan Niko Əli Uolş ilk peşəkar oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, ABŞ-ın Oklahoma şəhərində rinqə çıxan 21 yaşlı boksçu ilk raundda rəqibi amerikalı Cordan Uiksi nokautla məğlub edib.
Görüşə babasının hədiyyə etdiyi şortu geyinən Niko, qələbəsini 2016-cı ildə dünyasını dəyişən Məhəmməd Əliyə həsr edib.
Niko Əli Uolşun rəqibini 70 saniyəyə məğlub etdiyi görüntüləri təqdim edirik:


