UFC döyüşçüsü Maqomedrasul Qasanov orta çəki dərəcəsinin yeni çempionu Şon Striklendə qarşı necə döyüşəcəyini izah edib.
Offsideplus.az xəbər verir ki, o, bildirib ki, rəqibə qarşı əsas diqqəti zərər vurmağa yönəltmək lazımdır.
Qasanov bu barədə belə danışıb: "Daha çox müxtəliflik göstərmək, həm ayaqüstü, həm də parterdə işləmək lazımdır. Daim bir üslubda döyüşmək düzgün deyil. Rəqibin ilk raundlarda hələ gücü tükənməyibsə, onu yerə salıb saxlamağa çalışmaq əvəzinə, zərbə endirib, ona ziyan vurmaq vacibdir. Əsas məsələ rəqibə zərər yetirməkdir. Əgər sadəcə yerə salıb saxlasan, daha çox enerji itirirsən. Rəqib ayağa qalxanda artıq zədə almış olmalıdır ki, sonrakı raundlarda sənin təykaunlarından çəkinməyə başlasın. Bu zaman həm yerə salmalar, həm də ayaqüstü zərbələr daha uğurlu alınacaq. Ona görə də diqqəti məhz zərər vurmağa yönəltmək lazımdır".
Qeyd edək ki, Striklend son döyüşündə 10 may tarixində Xamzat Çimayevi bölünmüş qərarla məğlub edərək UFC-nin yeni çempionu olub. Qasanov isə UFC-də debütünü oktyabr ayında keçirməyi planlaşdırır.


