Portuqaliyalı ulduz Kriştiano Ronaldu Parisdə keçirilən Esports World Cup-ın bağlanış mərasimində FIFA prezidenti Canni İnfantino ilə görüşüb.
Offsideplus.az xəbər verir ki, Ronaldu İnfantinonu salamlayıb və onun halını soruşub. FIFA rəhbəri isə Ronaldunun karyerasında 1000-ci qola doğru irəliləməsini xatırladıb və "23 qol qalıb? Uğurlar!" deyə bildirib. Bundan sonra Ronaldu İnfantinodan uzaqlaşıb və narazı mimika göstərib. Futbolçunun bu reaksiyasının səbəbi məlum deyil. Hazırda Ronaldu karyerası ərzində 977 qol vurub və 1000-ci qol üçün ona 23 qol çatır.


