AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının yeni baş məşqçiləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, namizədlərin təyinatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin onlayn iclasında rəsmən təsdiqlənib.
AFFA-nın texniki direktoru Edmond Klausla aparılan məsləhətləşmələr çərçivəsində elan olunmuş açıq müraciət prosesi əsasında qiymətləndirilən namizədlər Texniki departamentin təklifi və İcraiyyə Komitəsinin təsdiqi ilə yeni vəzifələrinə təyin ediliblər.
Qərara əsasən, millilərimizin sükanı arxasına gətirilən mütəxəssislər bunlardır:
-
U-15: Aleksandr Qross
-
U-16: Famil Xəlilov
-
U-17: Emin Mustafayev
-
U-18: Mahmud Qurbanov
-
U-19: Elgiz Kərəmli


