UFC 329 turnirində Maks Holloueyə 69 saniyəyə uduzan Konor Makqreqor zədəsi və gələcək planları barədə "X" (tvitter) hesabında paylaşım edib.
Offsideplus.az xəbər verir ki, 5 illik fasilədən sonra oktaqona qayıdan və elə ilk dəqiqədə rəqibinə zərbə endirərkən sağ ayağından ciddi xəsarət alan 37 yaşlı irlandiyalı döyüşçü turnir öncəsi heç bir probleminin olmadığını bildirib:
"Döyüşə zədəli çıxmağımla bağlı deyilənlər cəfəngiyatdır. Tam hazır, sakit və özümə əmin idim. Baş verənlər tamamilə gözlənilməz oldu, şokdayam. Amma bu çətinliyin də öhdəsindən gələcəyəm. Məni heç nə yolumdan döndərə bilməz, yenidən oktaqona geri dönəcəyəm".
Kəsilən zərbələrdən sonra 3 dəfə yerə yıxılan və nəticədə döyüşü yarımçıq dayandırılan ulduz idmançı diz bağlarının qopmasına işarə edərək dizini "tamamilə sıradan çıxmış" adlandırıb.


