"UFC Freedom 250" tədbiri baş tutub.

Offsideplus.az xəbər verir ki, gecənin əsas döyüşündə İlia Topuria (17-1) və Castin Qeyci (28-5) üz-üzə gəlib.

Qeycinin 3-cü raundda vurduğu yumruq zərbəsi görüşdə həlledici olub. Topuria 4-cü raund bitəndən sonra döyüşə davam edə bilməyib.

Beləliklə, yüngül çəkidə kəmərin yeni sahibi C. Qeyci olub. Bu, eyni zamanda Topurianın karyerasında ilk məğlubiyyəti olub.

Ağır çəkidə müvəqqəti kəmər uğrunda isə Siril Qan və Aleks Pereyra qarşılaşıb.

Qan ikinci raundda rəqibini nokauta uğradıb.

Gecənin digər döyüşlərində bu nəticələr qeydə alınıb:

Şon O’Melli (20-3) – Aymann Zahabi (14-3);

Maurisio Ruffi (14-2) – Maykl Çendler (23-11);

Bo Nikal (9-1) – Kayl Dokas (17-5);

Dieqo Lopes (28-8) – Stiv Qarsiya (19-6);

Derrik Lyuis (29-14) – Coş Hokit (10-0).

Qeyd edək ki, iyunun 27-də Bakıda "UFC Fight Night" baş tutacaq.