UFC ağır çəkidə kəmərin sahibi olan Tom Aspinalldan titulunu almaq istəyir.
Offsideplus.az xəbər verir ki, ondan sağalana qədər kəmərini təhvil verməyini tələb edir.
İngilis idmançı da müqaviləsinin ləğv edilməsi şərti ilə buna razıdır.
Qeyd edək ki, Aspinallın ötən ilin oktyabrındakı Siril Qanla döyüşü yarımçıq qalmışdı. Qan barmağını onun gözünə soxmuşdu.
O, hazırda gözlərindən müalicə alır və hələ bir müddət döyüşə bilməyəcək.


