Bəhram Rəcəbzadə Glory105 turnirində rumıniyalı rəqibi Kristian Kristyanı ilk raunddaca nokaut edib.
Offsideplus.az xəbər verir ki, döyüşdən sonra 34 yaşlı idmançının ürəyi dolu idi:
O, rumıniyalı döyüşçüyə xitabən, "pismi oldu, həyatından bir Bəhram Rəcəbzadə keçdi" deyib.
Daha sonra isə kəmər döyüşü istədiyini bildirib.
Bundan başqa "gözləsinlər, bu türkün gücüdür" deyərək mikrofonla vidalaşıb.


