UFC prezidenti Dana Uayt "Ağ Ev" (White House) döyüş gecəsi ilə bağlı mühüm açıqlamalar verib. .
Offsideplus.az xəbər verir ki, o, qeyd edib ki, turnirin döyüş cütlüklərinin müəyyənləşdirilməsi prosesinə gələn həftənin bazar ertəsindən etibarən rəsmən start veriləcək. Bundan başqa əlavə edib ki, əsas məqsəd ən güclü döyüşçüləri bu xüsusi gecədə bir araya gətirməkdir.
Döyüş kartı fevralda hazır olacaq. D. Uaytın sözlərinə görə, fevral ayının ikinci həftəsinə qədər bütün qarşılaşmalar rəsmiləşəcək və tam döyüş kartı ictimaiyyətə təqdim olunacaq.


