“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlanıb.

“Srvena Zvezda”nın yetirməsi olan 23 yaşlı oyunçu karyerası ərzində Almaniyanın “Ersqebirqe Aue” (2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021), Slovakiyanın “Trençin” (2021-2024) və “Dubnitsa” (2021-2022) klublarında çıxış edib.