"Mançester Siti" gələn mövsüm Premyer Liqanın startının gecikdirilməsini istəyib.
Offsideplus.az xəbər verir ki, buna səbəb Klublararası Dünya Kubokudur. Bu turnirin yeni formatına görə "Mançester Siti" 2025-26 mövsümünə hazırlaşmaq üçün 1 həftə vaxtları olacaq.
Qeyd edək ki, FIFA Klublararası Dünya Kuboku 2025-ci il 15 iyundan 15 iyula qədər oynanılacaq.