Karlo Ançelotti Arda Güler haqqında açıqlama verib.

Offsideplus.az xəbər verir ki, italyan mütəxəssis türk ulduzun az oynamasının səbəbini açıqlayıb. "Marca"nın məlumatına görə, təcrübəli çalışdırıcı futbolçunun ötən ilə nisbətən daha çox şans qazandığını bildirib:

"Az oynayır. Çünki, çox güclü rəqabət var. Asan deyil. Keçən ilə baxanda daha çox ön plandadır".

Qeyd edək ki, bu mövsüm "Real" forması ilə 9 matça çıxan Arda nə qol, nə də məhsuldar ötürmə etməyi bacarmayıb.