"Mançester Siti"nin ulduzu Erlinq Haaland Avropa nəhənglərinin transfer siyahısındadır. 

Offsideplus.az xəbər verir ki, norveçli forvardıa "Real Madrid", "Barselona" və PSJ klubları yaxından maraqlanır. Bu barədə "Team Talk" nəşri məlumat yayıb. 

Erlinq "şəhərlilər"lə yeni müqavilə bağlamağa yaxındır. Adıçəkilən klublar futbolçunun yeni müqavilə durumunu yaxından izləyir. Yeni sözləşməyə görə, Haalandın sərbəstqalma məbləği 100 milyon funt-sterlinq olacaq.