Misli Premyer Liqasının IX turu start götürür. 

Offsideplus.az xəbər verir ki, bu gün 1 oyun keçiriləcək.

Tovuzda "Kəpəz" "Neftçi"ni qəbul edəcək. Gəncəlilər bu oyunda ilk xalını, bakılılar isə qələbəsini qazanmaq niyyətindədir.

“Səbail” – “Şamaxı” və “Sabah” – “Araz-Naxçıvan” oyunları sabah, “Turan Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” görüşləri isə bazar gününə təsadüf edəcək.

Misli Premyer Liqası

9-cu tur

4 oktyabr

“Kəpəz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.

Tovuz şəhər stadionu, 17:00.