I Liqanın IV turunda "Baku Sportinq" "Qəbələ" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 22-ci dəqiqəsində maraqlı hadisə yaşanıb. "Qırmızı-qaralar"ın hücumu zamanı meydan sahiblərinin müdafiəçisi topa əllə müdaxilə etdi. Baş hakim Kamran Əliyev 11 metrlik cərimə zərbəsi təyin etdi. Lakin sonradan laysmana yaxınlaşan referi qərarını dəyişib. Yan xətt hakimi Qəzənfər Məmmədov penaltinin olmadığını bildirib.
Həmin epizodu təqdim edirik: