"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç növbəti mövsüm üçün hədəflərini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis avrokuboklar üçün mübarizə aparacaqlarını bildirdi:

"Növbəti mövsüm üçün hədəfimiz avrokuboklara getməkdir. Bu mübarizədə "Qarabağ" favoritdir. Çalışacağıq ki, yaxşı nəticə əldə edək. İlk oyunda "Şamaxı" ilə qarşılaşacağıq. Onlar güclü komandadır. Uğurlu nəticə qazanmaq istəyirik. Çalışacağıq ki, həyətimizi gücləndirək. Azı bir müdafiəçi trnasfer etmək istəyirik"

Çalışdırıcısı Premyer Liqanın ilk turunda "Şamaxı" ilə oyunun təxirə salına bilmə ehtimalından da danışdı:

"Oyunun təxirə salınması mümkün deyil, amma meydanı dəyişmək  olar".