Yeni mövsümə hazırlıqlarını davam etdirən "Şamaxı" heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.
Offsideplus.az-ın məlumatına görə, bölgə təmsilçisi monteneqrolu futbolçu Vasiliye Radenoviçi transfer etmək istəyir.
Hazırda azad agent statusuna malik futbolçunun son klubu Bosniya və Hersoqavinanın "GOSK Gabela" olub.
30 yaxşı futbolçu ötən "futbol ili"ndə adıçəkilən komandanın heyətində 24 matçda meydana çıxıb.