"Zirə"nin iki oyunçusu Rusiya klublarının maraq dairəsinə düşüb.

Bu barədə məlumatı Offsideplus.az-a açıqlamasında tanınmış menecer Emil Şükürov verdi.

Oyunçuların təmsilçiləri Bakı təmsilçisinin üzvləri ilə "Orenburq"un maraqlandığını bildirdi:

"Əsas komanda ilə birgə Türkiyə toplanışına qatılan Yelmar və Şahmar Aşurov qardaşları “Orenburq”la yoxlama oyununda özlərini göstərmək şansı qazandılar. Oyun başa çatdıqdan sonra həm Rusiya təmsilçisinin skautları, həm də digər klublarla işləyən agentlər mənimlə əlaqə saxlayaraq qardaşlar barədə əlavə məlumat istəyiblər. Sağ cinah müdafiəçisi olan Yelmar Aşurov hazırda sərbəstdir. Qardaşı Şahmar isə hücumçudur və növbəti mövsüm də "Zirə’də çıxış edəcək. Gənc azərbaycanlı oyunçuların Rusiya klublarının maraq dairəsinə düşməsi, təbii ki, sevindiricidir. Bu baxımdan, klubun məşqçi heyətinə də gənc futbolçulara şans yaratdıqları üçün təşəkkür edirəm".