Bəzi I Liqa klubları indidən yeni mövsümün hazırlıqlarına başlayıb.

Hətta heyətini gücləndirənlər də var. Lakin "Qəbələ"dən səs-soraq yoxdur. Görəsən, klub yeni mövsümün hazırlıqlarına nə vaxt başlayacaq? Sualımızı "qırmızı-qaralar"ın mətbuat katibi Asəf Zeynallıya ünvanladıq. Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Komanda gələn ay bir yerə yığılacaq. Lakin dəqiq tarix bəlli deyil. Təlim-məşq toplanışı Qəbələdə olacaq. Yeni transferlər ola bilər. Lakin buna baş məşqçi qərar verəcək".