"Qarabağ"ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi məşqlərə iyunun 18-də Bakıda start verəcək.
Milli komandaların üzvü olan futbolçular "köhlən atlar"ın hazırlığına ayın 23-də qoşulacaqlar.
Paytaxtdakı toplanış çərçivəsində 2 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.
Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. "Qarabağ" iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi 16-da baş tutacaq.