Türkiyənin "Fənərbağça" klubu növbəti mövsüm üçün heyətini gücləndirməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Maurisio İslanın gedişindən sonra sağ cinah müdafiəçisi mövqeyinə oyunçu axtarışlarını davam etdirirdi.
Artıq "sarı larcivərtlilər" çilili futbolçunun əvəzedicisini tapıb. Bu, "Barselona"nın icarə əsasında Fransanın "Nays" klubunda çıxış edən üzvü Moussa Uaqyedir.
Türkiyə təmsilçisi 21 yaşlı seneqallı müdafiəçinin bu yay satın alma bəndindəki hüququndan istifadə edib-etməməsini gözləyir.
Əgər Uaqye bu hüququndan istifadə etməsə, "Fənərbağça" onu transfer edəcək. Təklif ediləcək məbləğ isə hələlik açıqlanmayıb.
Qeyd edək ki, sözügedən futbolçu 2019-cu ildə "Barselona"nın əsas komandasına dəvət alıb.