Koronavirus səbəbindən dayandırılan Kosta Rika çempionatı bərpa olunub.
Offsideplus.az xəbər verir ki, 16-cı tur çərçivəsində “Quadalupe” evdə “Limon”u 1:0, “Alaxuelense” isə səfərdə “Kartaxines”i 2:0 hesabı ilə məğlub edib.
Oyunlar azarkeşsiz keçirilib və ehtiyatdakı oyunçular tribunalarda əyləşib.