UEFA Millətlər Liqasının formatını əlavə pley-off mərhələsi ilə genişləndirmək barədə qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının İcraiyyə Komitəsinin İclasından sonra həm A Liqasının qruplarının qalibləri, həm də ikinci yerləri tutan komandaların mübarizə aparacağı 1/4 final mərhələsinin əlavə edilməsi qərara alınıb. Komandalar iki oyun keçirəcək - evdə və səfərdə. Bu tur mart ayında keçiriləcək.
A Liqasında üçüncü yeri tutanlar B Liqasının ikinciləri, B Liqasında üçüncü olanlar isə C Liqasının ikinciləri ilə aşağı diviziona düşməmək və ya əksinə, yuxarı liqaya qalxmaq uğrunda pley-off görüşləri oynayacaqlar.