Fransa millisinin daha bir ulduzu Azərbaycanla oyunu buraxacaq.
Offsideplus.az xəbər verir ki, söhbət Eduardo Kamavinqadan gedir. Onun əzələ ağrıları hiss etdiyi və buna görə millidən ayrıldığı bildirilib.
Futbolçu tezliklə Madridə qayıdacaq və "Real Madrid" klubuna qoşulacaq. 



