İslandiya yığması DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan komandasını 2:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra rəqib komandanın baş məşqçisi Arnar Qunnleyqsson mətbuat konfransında fikirlərini bölüşüb:

"Çətin oyun idi. Matç 2:0 bitdi, peşəkar oynadıq. Birinci hissədə yaxşı çıxış etdik. İkinci hissədə rəqib daha yaxşı idi. Fiziki cəhətdən yaxşı idilər, instensiv oynayırdılar. Evdə onların birinci hissədə daha çox təzyiq göstərmələrini gözləyirdim. Bəlkə də bizim oyunçular daha yaxşı mübarizə apardı. Azərbaycan milli komandasının qələbə qazanması an məsələsidir. Ukraynaya qarşı oyunda yaxşı perdormans göstərmişdilər. 90 dəqiqənin sonunda oyunu top buraxmadan bitirə bildik".