Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirir.

Offsideplus.az xəbər verir ki, bu dəfə rəqib Ukrayna milli komandasıdır. Görüş Polşanın Krakov şəhərində baş tutur.

İlk hissə başa çatıb və tərəflər hərəyə 1 qol vurublar. İlk hissənin sonlarında Elvin Cəfərquliyevin əla ötürməsini Nəriman Axundzadə tamamlayaraq qola imza atdı.

Nəticədə tərəflər hərəyə 1 qolla fasiləyə yollandılar.