Azərbaycanın futbol üzrə U-21 yığmasının heyəti açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Ötən gün bu komandanın baş məşqçisi Rəşad Eyyubov təyin olunmuşdu. O, "Çexiya" (səfər - 10 oktyabr) və "Şotlandiya" (Bakıda - 14 oktyabr) milli komandaları ilə görüşlər üçün 24 oyunçuya dəvət göndərib:
Qapıçılar: Rəvan Mirzəmmədov ("Sabah"), Xəyal Fərzullayev ("Sumqayıt"), Səlim Həşimov ("Şamaxı"), İbrahim Ramazanov ("Turan Tovuz")
Müdafiəçilər: Elgün Dünyamalıyev ("Sabah"), Raul Məmmədov ("Kəpəz"), Nadir Orucov ("Sumqayıt"), Emin Rüstəmov ("Səbail"), Əkbər Eyubov ("Zirə"), Sənan Muradlı ("Şamaxı"), Rüfət Abbasov ("Şamaxı")
Yarımmüdafiəçilər: Fəxri Məmmədli ("Səbail"), Eşqin Əhmədov ("Qəbələ"), Hikmət Cəbrayılzadə ("Qarabağ"), Murad Məmmədov ("Neftçi"), Nihad Əhmədzadə ("Sumqayıt"), Emil Süleymanov ("Şamaxı"), Oruc Məmmədov ("Şamaxı")
Hücumçular: Şahin Şahniyarov ("Qəbələ"), Şahin İbrahimov ("Sabah"), Xəyal Əliyev ("Sabah"), Ağadadaş Salyanskiy ("Neftçi"), Nahid Əliyev ("Şəfa"), Sadiq Şəfiyev ("Kəpəz")



