Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Belarusla qarşılaşıb.

Jodino şəhərində yerləşən “Torpedo” stadionunda təşkil olunan oyunda yığmamız 0:3 hesabı ilə məğlub olub.

Tərəflər arasında ikinci yoldaşlıq görüşü iyulun 1-də Minskdəki “Traktor” stadionunda keçiriləcək.