U-17 və 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycanın milli komandalarının 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsindəki rəqibləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, rəqiblərimiz aşağıdakı kollektivlər olacaq:
U-17, B Liqası, 1-ci qrup
Azərbaycan
Uels
Kosovo
Moldova
U19, B Liqası, 5-ci qrup
Azərbaycan
Sloveniya
Şimali Makedoniya
Gürcüstan
Qeyd edək ki, oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.