"Macarıstan kifayət qədər keyfiyytli komandadır. Onlara qarşı yaxşı oyun göstərmək nyyətindəyik".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə sabah Macarıstana qarşı keçiriləcək yoldaşlıq görüşü ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
28 yaşlı müdafiəçi mayın 31-də keçirilən Azərbaycan Kubokunun final matçının futbolçularda yorğunluq yaratmadığını bildirib: "Bərpa olmaq üçün kifayət qədər vaxt var idi. Bundan başqa biz milli komandanın düşərgəsindəyik, burada hazır olmağa məcburuq. Yorğunluqla bağlı heç bir problem yaşanmadı".
B.Mustafazadə sabahkı oyunda komandaların şanslarını qiymətləndirib: "Şansımz 50/50-yədir. Məqsədimiz ilk öncə baş məşqçinin tapşırıqlarını yerinə yetirməkdir. Qələbə qazanmağa çalışacağıq".