"Maraqlı oyun keçdi. Gözlədiyimizdən yaxşı rəqib idi, bacardığımızı etdik".

Offsideplus.az xəbər verir ki, bu sözləri Latviyaya qarşı yoldaşlıq oyunundan sonra Azərbaycan yığmasının üzvü Rəhman Daşdəmirov söyləyib. 25 yaşlı müdafiəçi 0:0 hesab ilə yekunalaşan oyunu şərh edib:

"Məncə, qələbə qazana bilərdik. Qalibiyyət üçün üçüncü zonada sonluq çatmadı. Bu oyunda stress yox idi, öz adımdan deyə bilərəm. İnşallah, gələcək oyunlarda məncə alınacaq. Macarıstana qarşı oyun isə məşqçidən asılıdır. Çalışacağıq ki, onun dediklərini edək. Qələbə üçün meydana çıxacağıq".

O, Fernandu Santuşla arasında keçən danışığın nədən ibarət olduğunu açıqlayıb:

"Oyun epizodu idi. Oyunu çevirməyimi, cinah dəyişməyimi istəyirdi. Aqressiv bir şey yox idi".