17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Qəbələdə təlim-məşq toplanışı davam edir. 

Offsideplus.az xəbər verir ki, yığmamız ilk yoldaşlıq oyununu Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə keçirib.

Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, yığmamızın növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.