Azərbaycan milli komandasının iyunun 7-də Latviya yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, oyunun Maltadan olan hakimlər briqadası idarə edəcək.
Riqa şəhərində yerləşən “Skonto” stadionunda baş tutacaq görüşün dördnüncü hakimi latviyalı olacaq.
7 iyun
Latviya - Azərbaycan
Skonto stadionu. Saat 17:00
Baş hakim: Trustin Farrugia Cann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitālijs Spasjonņikovs (Latviya)