Qəbələdə təlim-məşq toplanışı keçirən U-19 yığmamızın heyətində dəyişiklik olub.
Offsideplus.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Həsən Mahmudov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə "Qəbələ”nin oyunçusu Ömər Kərimov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına cəlb edilib.
Qeyd edək ki, yığmamızın Qəbələdəki təlim-məşq toplanışı iyunun 11-dək davam edəcək.