Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün vacib oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri UEFA Millətlər Liqasında C Liqasının 4-cü qrupunda Litvaya 0:5 hesabı ilə məğlub olub.

Yığmamız hazırda qrupda 5 xalla ikinci yerdə qərarlaşıb.

UEFA Millətlər Liqası, C Liqası

Azərbaycan - Litva 0:5 

Qollar: Rimante Conusayte, 3. 30. Monika Qriksayte, 10. Uqne Lazdauşkayte, 43. Tereza Romanovskaya, 48.

Bayıl stadionu. Saat 18:00

Baş hakim: Sapir Gaya Berman

Baş hakimin köməkçiləri: May Moalem, Nofar Chava Skorka

Dördüncü hakim: Shada Dahamshi

(Hakimlər briqadası İsraildəndir)

4-cü qrupda yarış cədvəli

1. Monteneqro 3 1 2 0 4-2 5

2. Azərbaycan  4 1 2 1 3-6 5

3. Litva             3 1 0 2 6-5 3