Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litvaya qarşı keçiriləcək son oyuna hazırlığı davam edir.
Offsideplus.az xəbər verir ki, yığmamız məşqlərini "Bayıl Arena"da keçirir.
Siyasət Əsgərovun yetirmələri litvalılarla mayın 30-da elə bu stadinda üz-üzə gələcəklər. Matç saat 18:00-da başlanacaq.
AFFA-nın rəsmi saytı milli komandamızın bugünkü məşqindən fotolar paylaşıb.



