Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlanma vaxtı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Fernandu Santuşun yetirmələri D qrupunun II turu çərçivəsində rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcəklər.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Matçın start fiti bu il sentyabrın 9-da saat 20:00-da çalınacaq.
Qeyd edək ki, bu, yığmamızın seçmə mərhələdə ilk ev oyunu olacaq. Bundan 4 gün öncə - sentyabrın 5-də milli komandamız səfərdə İsıandiyaya qarşı mübarizə aparacaq.



