Artyom Dzyuba yenidən Rusiya millisinə çağrılıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı hücumçu sonuncu dəfə 2021-ci ildə millinin heyətinə daxil edilmişdi.

Dzyuba Rusiyanın heyətində 55 oyuna 30 qol vurub. O, Aleksandr Kerjakov ilə birlikdə yığmanın tarixində ən çox qol vuran oyunçudur.

Valeri Karpinin yetirmələri yoldaşlıq qarşılaşmalarında Qrenada və Zambiya ilə qarşılaşacaqlar.