Kilian Mbappe "Real Madrid"ə keçdikdən sonra oktyabr və noyabr aylarında milli komandasının oyunlarında iştirak etməmişdi.
Offsideplus.az xəbər verir ki, Fransa millisinin baş məşqçisi Didye Deşam fransalı ulduz haqqında açıqlama verib. O, bildirib ki, forvard mart ayında Xorvatiyaya qarşı keçiriləcək Millətlər Liqasının 1/4 final oyununda yenidən komandaya qoşulacaq. Mütəxəsis 26 yaşlı futbolçunun iyul ayında Madridə uyğunlaşması, şəxsi problemləri və fiziki narahatlıqları səbəbindən heyətə çağırılmadığını bildirib. Lakin baş məşqçi Mbappenin hazırda tam formada olduğunu və milli komandaya sadiq qaldığını vurğulayıb.
Qeyd edək ki, Didye Deşam 2026-cı il dünya çempionatından sonra Fransa yığmasından ayrılacağını elan edib.