Yanvarın əvvəlində "Sanderlend" klubunun oyunçusu Dennis Çirkinin Azərbaycan millisinə cəlb olunması ilə bağlı xəbər yayılmışdı. 

Offsideplus.az "GettoSport"a istinadən xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisinin milliləşdirilmə ehtimalı vardı. Atası türk, anası ingilis olan Dennis İrlandiyada dünyaya gəlib və Azərbaycan pasportu da var. "Tottenhem"in yetirməsi olan futbolçu üçün AFFA-nın hərəkətə keçdiyi bildirilirdi. 

Redaksiyamıza daxil olan məlumata görə, informasiya yanlışdır. AFFA legioner futbolçu gətirmək məsələsindən imtina edib.

Qeyd edək ki, Dennis cari mövsüm Çempionşipdə 22 oyunda 2 qol və 2 assistlə yadda qalıb.