"Aston Villa" klubunun oyunçularını cəzalandırmasının bəzi səbəbləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu aşağıdakı hərəkətlərə görə futbolçularına cərimə tətbiq edir:
—Məşqə gecikmək - 500£
—Məşqdə GPS taxmağı unutmaq - 100£
—Meydançaya gec çıxmaq - dəqiqəsi 200£
—Oyun günü toplanış, gəzinti və ya məşqçi ilə görüşə gecikmək - 1000£
— Məşqçi ilə görüşə gecikmək - dəqiqəsi 200£
—Toplanışa gecikmək - dəqiqəsi 200£
—Matç günü yanlış geyim - hər geyim növü üçün 100£
— Boşqab, fincanları nahar stolunun üzərində unutmaq - Hər əşya üçün 100£
—Əşyalarını məşq meydançasında unutmaq - Hər əşya üçün 100£
— Yanlış parkinq - 100£
— Reklam çəkilişlərinə gecikmək - 250£
— Ad günü zamanı tort gətirməyi unutmaq - günə 50£
— Duşda "şəp-şəpi" geyinmək - 100£
— Saat 10:00-a qədər həkimə sağlamlıq reportu verməmək - 200£
—Fizioterapiya sessiyasına gecikmək - 200£
— Nikotin torbalarını ("snus") ətrafda buraxmaq - 200£
—Tayt gətirməyi unutmaq - 50£
— Fikir ayrılığına görə cəzalanmaq - 200£
Futbolçu meydandan qovulubsa, qırmızı vərəqə ilə cəzalandığı 4 həftə ərzində komandanı yeməklə təmin etməlidir.
Məşqdə ən pis performans göstərən futbolçu oyun günü isinmə hərəkətləri zamanı "Mən ən pis idim" deyə jilet geyinməlidir.