"Fənərbağça"nın transferi hədəfində Joao Feliks var.
Offsideplus.az xəbər verir ki, Joze Mourinyo portuqaliyalı oyunçu ilə özü şəxsən görüşüb və komandaya gəlməsi üçün razı salmağa çalışıb. Bu barədə "Estadio Deportivo" nəşri məlumat yayıb.
"Çelsi" bu yay Feliksi 52 milyon avroya transfer etmişdi. 25 yaşlı futbolçunun "Çelsi"dəki gələcəyi bəlli deyil.
Qeyd edək ki, portuqaliyalı ulduz "zadəganlar"ın heyətində cari mövsüm 19 oyuna çıxıb, 7 qol və 2 assistə imza atıb.