İngiltərə milli komandasının baş məşqçisi Tomas Tuxelin maaşı müəyyən olub.

Offsideplus.az "Bild" nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu vəzifədə ilinə 4,5 milyon funt-sterling (5,4 milyon avro) məbləğdən 5 milyon funt-sterlinq (6 milyon avro) məbləğə qədər qazanc əldə edəcək.

Qeyd edək ki, sözügedən çalışdırıcı "Çelsi", PSJ, Dortmund "Borussiya"sı, "Maynts", və "Bayer"in uğurları üçün çalışıb.