Fransa yığmasının baş məşqçisi Didye Deşam ulduz futbolçu Kilian Mbappenin Sokholm şəhərində zorlamada ittiham edilməsinə dair məsələyə münasibət bildirib.

Offsideplus.az "L`Equipe"yə istinadən xəbər verir ki, mütəxəssis bunları söyləyib:

"Hazırda hər yerdə bu məlumatlar yayılır. Məsələnin fakt və ya uydurma olduğu haqda gerçəyi bilmirəm. Həqiqətən çox neqativ vəziyyətdir".

Qeyd edək ki, daha öncə Deşam 25 yaşlı futbolçunun zədədən sağalma mərhələsindən keçdiyi üçün millinin düşərgəsinə çağırılmadığını bildirmişdi.