Tomas Tuxel milli komandanın "sükanı arxası"na keçə bilər.

Offsideplus.az xəbər verir ki, alman baş məşqçi İngiltərə millisinə rəhbərlik etməyə yaxındır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

İnformasiyaya görə, danışıqlar xeyli irəliləyib və qarşıdakı günlərdə razılaşma tamamlanacaq. 

Anlaşma baş tutarsa, mütəxəssis Sven-Göran Erikson (2000-2006) və Fabio Kapellodan (2007-2012) sonra İngiltərə yığmasını çalışdıran üçüncü xarici baş məşqçi olacaq.

Qeyd edək ki, Tomas Tuxel daha öncə "Maynz", "Borussia Dortmund", PSJ, "Çelsi" və "Bayern"in çalışdırıcısı olub.