Fransa millisində kapitan sarğısını daşıyan Kilian Mbappe yığmaya çağırılmayıb.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçunun yoxluğunda onun vəzifəsini icra etmək üçün "Real"ın oyunçusu Orilyan Tçuameni seçilib.
Qeyd edək ki, Fransa oktyabrın 11-da İsraillə, 4 gün sonra isə Belçika ilə qarşılaşacaq.