Azərbaycan milli komandasının oktyabrın 11-də Estoniya yığması ilə Tallində keçirəcəyi Milətlər Liqasının III tur oyununun hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, “Lilleküla” stadionunda təşkil olunacaq görüşü İrlandiyadan olan referi idarə edəcək.

Qarşılaşmada söz sahibi Rob Harvey olacaq. Ona Robert Klark və Ueyn MakDonnell köməklik edəcək. Dördüncü hakim Rob Hennessi olacaq.